Operativ Məlumat Mərkəzi

Sərdar Berdiməhəmmədov İlham Əliyevə başsağlığı ünvanlayıb

1 dəq
Paylaş:
Sərdar Berdiməhəmmədov İlham Əliyevə başsağlığı ünvanlayıb
məktubda deyilir: "Hörmətli İlham Heydər oğlu. “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı...

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

“Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dərin hüznlə başsağlığımı və yaralananlara şəfa diləklərimi qəbul edin.

Bu çətin anda Türkmənistan xalqı, Hökuməti adından və şəxsən öz adımdan həlak olanların bütün doğmalarına və yaxınlarına başsağlığımızı, eləcə də zərərçəkənlərə tezliklə şəfa tapmaları ilə bağlı arzumuzu çatdırmağınızı xahiş edirəm".

Bu xəbəri paylaş

Oxşar xəbərlər