Serbiyanın paytaxtı Belqradda kütləvi etirazlar baş qaldırıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb silahlı atışmalar olub.
Belə ki, Serbiya əhalisi ötən həftə baş vermiş hücumlardan sonra silahlı zorakılığa qarşı etirazlar edib.
Serbiyanın prezidenti Aleksandr Vuçiç isə etirazları müxalifəti öz maraqlarını təbliğ etmək üçün faciədən istifadə etməkdə ittiham edib.
"Mən vəzifəmi davam etdirəcəyəm. Hökumətdə baş verəcək hansısa dəyişikliyi isə gələcəkdə görəcəyik", - deyə prezident bildirib.