Sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib

Sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib
28.06.2024 15:01
Aa
dəq

Azərbaycan Prezidenti İlham Əliyev altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iyunun 20-də keçirilən iclasında Milli Məclisdə təmsil edən deputatlara altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Prezidentinə müraciət olunması üçün təşəbbüs göstərmələrinin tövsiyə edilməsi barədə yekdil qərar qəbul olunub.

Parlamentin iyunun 21-də keçirilən plenar iclasında isə Milli Məclis növbədənkənar seçkilərin təyin edilməsi üçün Prezidentə müraciət edib. Müraciətin lehinə 105, əleyhinə isə 1 nəfər səs verib.

Konstitusiya Məhkəməsi Plenumunun iyunun 27-də keçirdiyi iclasında Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsinin Konstitusiyaya uyğun olması barədə qərar qəbul edilib.

İyunun 28-də Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçirilib. Sessiya bağlı elan edildikdən sonra VI çağırış Milli Məclis işini yekunlaşdırıb.

Həftənin ən çox oxunanları

MM-dən XİN-ə müraciət: ABŞ Cənubi Qafqaza geosiyasi rəqabət gətirir, regionda ayırıcı xətlər yaradır

MM-dən XİN-ə müraciət: ABŞ Cənubi Qafqaza geosiyasi rəqabət gətirir, regionda ayırıcı xətlər yaradır
DAVAMIN OXU davamın oxu

Milli Məclisin deputatları Ceyhun Bayramova müraciət ediblər

Milli Məclisin deputatları Ceyhun Bayramova müraciət ediblər
DAVAMIN OXU davamın oxu

Bu deputatlara “Mercedes E 300” veriləcək

Bu deputatlara “Mercedes E 300” veriləcək
DAVAMIN OXU davamın oxu

Sahibə Qafarova Simonyanla görüşəcək

Sahibə Qafarova Simonyanla görüşəcək
DAVAMIN OXU davamın oxu

Prezident Milli Məclisin ilk iclasında iştirak edib - YENİLƏNİB

Prezident Milli Məclisin ilk iclasında iştirak edib - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu