Seneqallı nümayəndə: "Qurban olduğumuzu bilməli, dekolonizasiyaya qarşı birgə mübarizə aparmalıyıq"

Seneqallı nümayəndə: "Qurban olduğumuzu bilməli, dekolonizasiyaya qarşı birgə mübarizə aparmalıyıq"
21.11.2023 11:46
Aa
dəq

"Biz tariximizi və qurban olduğumuzu bilməli, dekolonizasiyaya qarşı birgə mübarizə aparmalıyıq".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Seneqalın "YDNA VITA LTD" təşkilatının rəhbəri İbrahim Diagne Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən "Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf" mövzusunda konfransda deyib.

Onun sözlərinə görə, dominantlığa son qoyulmalı və irqi ayrı-seçkilik başa çatmalıdır: "Biz müstəqilliyimizi bərqərar etmək üçün fəal şəkildə çalışmalıyıq. Çünki insanlar əzab çəkir, dünya xalqları şiddətdən əziyyət çəkir, onların mənsubiyyəti, mədəniyyəti gözardı edilir. Onlar həvəsdən salınır, inkişaflarının qarşısı alınır. Bu gün belə işğalın mövcud olduğunu görürük. Görün, Afrikada müstəmləkəçiliyin nəticəsi nədən ibarətdir? Quldarlıq sənaye halına gətirilib, insanlarla insan kimi rəftar edilmir, biri digərindən üstün hesab edilir. Ona görə də əsas vəzifəmiz tariximizi və qurban olduğumuzu bilmək, dekolonizasiyaya qarşı birgə mübarizə aparmaqdır. Müstəmləkəçi sistemin əsas resurslara mənfi təsiri olub. Demək olar, kolonizasiya insanları tam təcrid etməklə məşğuldur. Ölkələr tabeçilik şəraitində sahib olduqları hər şeyi itiriblər. Biz hazırda bunlara qarşı birgə mübarizə aparmalıyıq".

Həftənin ən çox oxunanları

Məşhur bəstəkar vəfat etdi - FOTO

Məşhur bəstəkar vəfat etdi - FOTO
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Braziliya ilə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk

Azərbaycan Prezidenti: Braziliya ilə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk
DAVAMIN OXU davamın oxu

Prezident Çernobbio Forumunda çıxış edib - VİDEO - FOTO

Prezident Çernobbio Forumunda çıxış edib - VİDEO - FOTO
DAVAMIN OXU davamın oxu

AŞPA üzvlərinin səfərinə qoyulan qadağa nə vaxt ləğv ediləcək? - Prezident açıqladı

AŞPA üzvlərinin səfərinə qoyulan qadağa nə vaxt ləğv ediləcək? - Prezident açıqladı
DAVAMIN OXU davamın oxu

Prezident Rusiya-Ukrayna müharibəsindən danışdı

Prezident Rusiya-Ukrayna müharibəsindən danışdı
DAVAMIN OXU davamın oxu