Şənbə gününün havası

Şənbə gününün havası
02.08.2024 13:27
Aa
dəq

Avqustun 3-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 29-34° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-50 % olacaq.

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 31-36° isti, dağlarda gecə 10-15° isti, gündüz 17-22° isti olacaq.

 

Həftənin ən çox oxunanları

Bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
DAVAMIN OXU davamın oxu

Dənizə gedənlərin nəzərinə!

Dənizə gedənlərin nəzərinə!
DAVAMIN OXU davamın oxu

"Yağış, şimşək, külək..." - ƏHALİYƏ XƏBƏRDARLIQ EDİLDİ!

DAVAMIN OXU davamın oxu

İstirahət gününün havası

İstirahət gününün havası
DAVAMIN OXU davamın oxu

İstirahət günlərində milli parklarda gözlənilən hava şəraiti açıqlanıb

İstirahət günlərində milli parklarda gözlənilən hava şəraiti açıqlanıb
DAVAMIN OXU davamın oxu