Operativ Məlumat Mərkəzi

Şəmkirdə avtomobil aşıb, Rusiya vətəndaşı xəsarət alıb

1 dəq
Paylaş:
Şəmkirdə avtomobil aşıb, Rusiya vətəndaşı xəsarət alıb
Şəmkir rayonunun Şiştəpə kəndində yol-nəqliyyat hadisəsi olub. "Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, minik avtomobilinin idarəetmədən...

Şəmkir rayonunun Şiştəpə kəndində yol-nəqliyyat hadisəsi olub.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində Rusiya vətəndaşı 2005-ci il təvəllüdlü Ayxan Nəbiyev və Şəmkir rayon sakini, 2004-cü il təvəllüdlü Qəzənfər Aslanov xəsarət alıb.

Onlardan birinin vəziyyəti orta-ağır, digərinin vəziyyəti isə kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər