Operativ Məlumat Mərkəzi

Səhlab Bağırovun yerinə təyinat olub

1 dəq
Paylaş:
Səhlab Bağırovun yerinə təyinat olub
Daxili İşlər Nazirliyi (DİN) Əlahiddə Çevik Polis Alayına yeni komandir təyin edilib. "Operativ Məlumat Mərkəzi-OMM"un məlumatına görə, bununla bağlı...

Daxili İşlər Nazirliyi (DİN) Əlahiddə Çevik Polis Alayına yeni komandir təyin edilib.

"Operativ Məlumat Mərkəzi-OMM"un məlumatına görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovniki Ramil Priyev Alayın Qərargah rəisi təyin olunub.

Qeyd edək ki, daha əvvəl Əlahiddə Çevik Polis Alayının komandiri polis general-mayoru Səhlab Bağırov idi. O, ötən ay vəzifəsindən azad edilərək DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin nəzdində yerləşən mərkəzə rəhbər təyin olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər