Əsas məzmuna keç

Şəhid Əzizbəy Muradov Sabirabadda dəfn olunub

Şəhid Əzizbəy Muradov Sabirabadda dəfn olunub

şəhidin nəşi izdihamla qarşılanıb və doğulub boya-başa çatdığı Sabirabad rayonunun Ulacalı kəndindəki evinə gətirilib. Cənazə namazı qılınaraq şəhidlə...

Ordusu tərəfindən erməni separatçılarına qarşı Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirlərində ağır yaralanaraq olan Daxili İşlər Nazirliyinin Çevik Alayının polisi Əzizbəy Etibar oğlu Sabirabadda dəfn edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, şəhidin nəşi izdihamla qarşılanıb və doğulub boya-başa çatdığı Sabirabad rayonunun Ulacalı kəndindəki evinə gətirilib.

Cənazə namazı qılınaraq şəhidlə vida mərasimi olub və şəhidlərin ruhuna dualar oxunub.

Daha sonra şəhidin nəşi Ulacalı kənd qəbirstanlığına gətirilib.

Dəfn mərasimində şəhidin ailə üzvləri və yaxınları ilə yanaşı, rayon rəhbərliyi, qazilər, şəhid ailələri, döyüş yoldaşları, media nümayəndələri iştirak ediblər.

Şəhidin nəşi torpağa tapşırılıb və üçrəngli Azərbaycan Bayrağı atasına təqdim olunub.

Qeyd edək ki, Əzizbəy Muradov İkinci müharibəsinin də iştirakçısı olub və döyüşlərdə göstərdiyi şücaətə görə "Cəbrayılın azad olunmasına" görə medalı ilə təltif edilib.

AZƏRTAC

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…