Şəhid ailələri və müharibə iştirakçılarına sosial xidmətlərin sayı açıqlandı

Şəhid ailələri və müharibə iştirakçılarına  sosial xidmətlərin sayı açıqlandı
20.02.2023 16:22
Aa
dəq

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun tarixi Zəfərlə başa vurduğu 44 günlük Vətən müharibəsindən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı icra olunan geniş miqyaslı sosial dəstək tədbirləri davam edir.

Nazirlikdən "Operativ Məlumat Mərkəzi - OMM"-ə bildirilib ki, bu tədbirlər çərçivəsində həmin kateqoriyalara aid 122 min şəxsə sosial dəstək yönümlü 269 min xidmət göstərilib.

Belə ki, postmüharibə dövründə102 min şəxsə 114 min aylıq sosial ödəniş, 16,9 min şəxs üzrə birdəfəlik ödəmə təyin olunub, 3253 şəxsə sığorta ödənişi verilib;

Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanlara, digər həssas qruplara yönələn sosial ödənişlər hər ilin əvvəlindən artırılıb;

Həmin vətəndaşların mənzillə təminat proqramı 5 dəfə genişlənib və onlara 4 500 mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olanlara 324 avtomobil təqdim edilib;

Şəhid ailələri üzvləri, müharibə iştirakçılarından ibarət 11 min nəfərə 38,2 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib;

Müharibə ilə əlaqədar əlilliyi olan 1813 şəxs 31 913 reabilitasiya vasitəsi, 400 nəfər 417 ədəd yüksək texnologiyalı müasir protezlə təmin edilib;

Şəhid ailələri üzvləri və müharibə iştirakçılarından ibarət 16,9 min şəxsin məşğulluğu təmin edilib, o cümlədən 9,6 min şəxs özünüməşğulluq proqramına cəlb olunub;

Vahid əlaqələndirmə mərkəzlərində şəhid ailələri üzvləri və müharibə iştirakçılarından ibarət 75,3 min şəxsə xidmətlər göstərilib və s.

Həftənin ən çox oxunanları

Sahil Babayev Göygöldə vətəndaşları qəbul edib

Sahil Babayev Göygöldə vətəndaşları qəbul edib
DAVAMIN OXU davamın oxu

Sabah iş günü olacaq? - RƏSMİ

Sabah iş günü olacaq? - RƏSMİ
DAVAMIN OXU davamın oxu

Sabah bu ərazilərdə QAZ OLMAYACAQ

Sabah bu ərazilərdə QAZ OLMAYACAQ
DAVAMIN OXU davamın oxu

Kənd Təsərrüfatı Nazirliyində kadr dəyişikliyi olub

Kənd Təsərrüfatı Nazirliyində kadr dəyişikliyi olub
DAVAMIN OXU davamın oxu

Sentyabrın 20-də pensiyalar tam ödəniləcək

Sentyabrın 20-də pensiyalar tam ödəniləcək
DAVAMIN OXU davamın oxu