“Səfirliyin açılması əməkdaşlığın inkişafı baxımından mühüm addımdır”

“Səfirliyin açılması əməkdaşlığın inkişafı baxımından mühüm addımdır”
29.03.2023 12:08
Aa
dəq

“Azərbaycanın İsraildə səfirliyinin açılması barədə qərar ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm addım oldu”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün israilli həmkarı Eli Kohen ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, son 30 ildə ölkələr arasında müxtəlif sahələrdə əlaqələr inkişaf edib. Azərbaycan və İsrail xüsusilə də təhlükəsizlik, iqtisadiyyat və enerji sahələrində fəal əməkdaşlıq edir.

Ceyhun Bayramov ikitərəfli əlaqələrin möhkəmlənməsində Azərbaycanda yaşayan yəhudi icmasının və İsrailin azərbaycanlı icmasının mühüm rola malik olduğunu qeyd edib.

Xarici işlər nazirinin sözlərinə görə, Azərbaycan və İsrail rəsmiləri arasında müntəzəm görüşlər də əməkdaşlığın inkişafına töhfə verir.

Qeyd edək ki, bu gün İsrailin paytaxtı Təl-Əviv şəhərində Azərbaycanın səfirliyi açılacaq. Açılış mərasimində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, bir sıra azərbaycanlı deputatlar, həmçinin Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anatoliy Rafailov iştirak edəcəklər.

Həftənin ən çox oxunanları

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər
DAVAMIN OXU davamın oxu

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyaya rəsmi səfər edib

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyaya rəsmi səfər edib
DAVAMIN OXU davamın oxu

Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri ATƏT və Avropa Şurası rəhbərlərinə açıq məktub ünvanlayıblar

Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri ATƏT və Avropa Şurası rəhbərlərinə açıq məktub ünvanlayıblar
DAVAMIN OXU davamın oxu

Britaniya XİN başçısı Azərbaycanın Qarabağı erməni işğalından azad etməsini dəstəkləyib

Britaniya XİN başçısı Azərbaycanın Qarabağı erməni işğalından azad etməsini dəstəkləyib
DAVAMIN OXU davamın oxu

Allahşükür Paşazadə sabah Rusiyaya gedir

Allahşükür Paşazadə sabah Rusiyaya gedir
DAVAMIN OXU davamın oxu