Operativ Məlumat Mərkəzi

Səfir: "Ermənistanın Naxçıvana nəqliyyat əlaqəsinin təmin edilməsindən imtinası sülhün qarşısında əsas maneədir"

1 dəq
Paylaş:
Səfir: "Ermənistanın Naxçıvana nəqliyyat əlaqəsinin təmin edilməsindən imtinası sülhün qarşısında əsas maneədir"

"Ermənistanın qoşunlarını Azərbaycandan tam çıxarmaqdan və Naxçıvana nəqliyyat əlaqəsinin təmin edilməsindən imtinası Azərbaycanla sülhün əldə olunması qarşısında əsas maneədir".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev "X" hesabında paylaşım edib.

"2020-ci il noyabr bəyanatı ilə bağlı Ermənistanın iki əsas pozuntusu qoşunlarını Azərbaycandan tam çıxarmaqdan və Naxçıvana nəqliyyat əlaqəsinin təmin olunmasından imtina etməsidir. Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik etmək və separatçıları maliyyələşdirməklə yanaşı, bunlar Azərbaycan-Ermənistan arasında sülhə əsas maneələrdir", - diplomat bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər