Operativ Məlumat Mərkəzi

Sədərəkdə yanğın olub

1 dəq
Paylaş:
Sədərəkdə yanğın olub
Sədərək rayonunun Dəmirçi kəndi yaxınlığında taxıl sahəsində yanğın baş verib. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Fövqəladə Hallar Nazirliyindən...

Sədərək rayonunun Dəmirçi kəndi yaxınlığında taxıl sahəsində yanğın baş verib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Dərhal əraziyə Sədərək Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində biçilmiş taxıl sahəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən ətraf əkin sahələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində təxminən 0,5 hektar biçilmiş taxıl sahəsi yanıb. Ətrafdakı taxıl sahələri yanğından mühafizə olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər