İranda "Buşehr" atom elektrik stansiyasının (AES) yaxınlığına mərmi düşməsi nəticəsində stansiyanın mühafizə əməkdaşlarından biri həyatını itirib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, insidentlə bağlı rəsmi məlumatı İranın Atom Enerjisi Təşkilatı öz sosial şəbəkə hesablarında yayımlayıb.
İlkin məlumatlara görə, partlayış dalğası yalnız yan binalardan birinə ziyan vurub. Atom stansiyasının əsas obyektləri və strateji infrastrukturu heç bir zərər görməyib.
Hazırda hadisənin dəqiq səbəbləri və təfərrüatları araşdırılır.