Əsas məzmuna keç

Seçki bülletenlərinin məntəqə seçki komissiyalarına verilməsi başa çatdırılıb

Seçki bülletenlərinin məntəqə seçki komissiyalarına verilməsi başa çatdırılıb

seçki bülletenləri Seçki Məcəlləsi ilə müəyyənləşdirilmiş qaydada dairə seçki komissiyalarına paylandıqdan sonra səsvermə gününə azı üç gün qalmışadək...

Fevralın 7-də keçiriləcək növbədənkənar ilə əlaqədar komissiyaları tərəfindən seçki bülletenlərinin məntəqə seçki komissiyalarına verilməsi işləri yekunlaşdırılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, seçki bülletenləri Seçki Məcəlləsi ilə müəyyənləşdirilmiş qaydada dairə seçki komissiyalarına paylandıqdan sonra səsvermə gününə azı üç gün qalmışadək dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına təqdim olunmalıdır.

Seçki bülletenlərinin Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən dairə seçki komissiyalarına paylanması prosesi fevralın 1-də başa çatdırılıb.

Qeyd edək ki, yanvarın 24-dən etibarən seçki bülletenlərinin çapına başlanılıb və 6 milyon 524 min 203 seçki bülleteni çap olunub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…