Seçicilər səs verəcəkləri məntəqələri "ASAN xidmət"də öyrənə biləcəklər

Seçicilər səs verəcəkləri məntəqələri "ASAN xidmət"də öyrənə biləcəklər
08.01.2024 13:56
Aa
dəq

Seçicilər ölkə üzrə bütün "ASAN xidmət" mərkəzlərində seçici statusunu yoxlaya biləcəklər.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bununla bağlı "ASAN xidmət" mərkəzlərindəki "ASAN növbə" terminallarında "Seçici statusunu yoxla" adlı xüsusi bölmə yaradılıb.

Belə ki, vətəndaşlar şəxsiyyət vəsiqələrini qeyd olunan yerdə oxudaraq, adlarını seçici siyahısında yoxlaya və hansı seçki məntəqəsində səs verməli olduqlarını öyrənə bilərlər.

Həmçinin, qeydiyyat üzrə seçki dairəsi və məntəqəsi, səs veriləcək seçki məntəqəsinin ünvanı haqqında məlumatları əldə etmək mümkündür.

Əgər məlumatlar sistemdə əks olunmazsa açılmış ekranda əlaqə məlumatlarını yazmaqla Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət etmək imkanı da yaradılıb.

Sözügedən innovativ həll MSK və “ASAN xidmət”in birgə layihəsi çərçivəsində reallaşdırılıb.

Qeyd edək ki, gün ərzində “ASAN xidmət”ə 40 000-ə yaxın vətəndaş müraciəti daxil olur və vətəndaşlar növbə götürərərkən eyni vaxtda bu sistemdən istifadə etməklə harada səs verməli olduqlarını operativ şəkildə dəqiqləşdirə bilərlər.

Həftənin ən çox oxunanları

Mehriban Əliyeva Raman Saleyi təbrik edib

Mehriban Əliyeva Raman Saleyi təbrik edib
DAVAMIN OXU davamın oxu

Mehriban Əliyeva İlham Zəkiyevi təbrik edib

Mehriban Əliyeva İlham Zəkiyevi təbrik edib
DAVAMIN OXU davamın oxu

Ədliyyə Nazirliyinin səlahiyyəti azaldılıb

Ədliyyə Nazirliyinin səlahiyyəti azaldılıb
DAVAMIN OXU davamın oxu

Prezident fərman İMZALADI

Prezident fərman İMZALADI
DAVAMIN OXU davamın oxu

Mehriban Əliyeva Orxan Aslanovu TƏBRİK ETDİ

Mehriban Əliyeva Orxan Aslanovu TƏBRİK ETDİ
DAVAMIN OXU davamın oxu