"Səbail" "Turan Tovuz"la heç-heçə edib

"Səbail" "Turan Tovuz"la heç-heçə edib
30.03.2024 18:36
Aa
dəq

Azərbaycan Premyer Liqasında XXVIII turun növbəti oyunu keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, “Səbail” “ASCO Arena”da “Turan Tovuz”u qəbul edib.

Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

“Səbail”in heyətində 21-ci dəqiqədə Pedro Nuno hesabı açsa da ilk hissəyə artırılmış 4-cü dəqiqədə "Turan Tovuz"un oyunçusu Fərid Nəbiyev penaltini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib.

Aktivində 38 xalı olan "Səbail" Azərbaycan Premyer Liqasında 6-cı, "Turan Tovuz" isə 36 xalla 7-ci yerdədir.

Qeyd edək ki, tura martin 31-də yekun vurulacaq.

Həftənin ən çox oxunanları