"Səbail" "Sumqayıt"a qalib gəldi

"Səbail" "Sumqayıt"a qalib gəldi
18.01.2025 20:59
Aa
dəq

Misli Premyer Liqasının XIX turunda "Səbail" səfərdə"Sumqayıt"a qalib gəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Sumqayıt şəhər stadionunda baş tutan matçda qonaqlar iki cavabsız qolla qələbə qazanıblar.

"Dənizçilər"in heyətində Rüfət Abdullazadə (48,79) dubl müəllifi olub.

20 xala malik "Sumqayıt" altıncıdır. 12 xalı olan "Səbail" isə doqquzuncu sırada yer alıb.

Qeyd edək ki, turun əvvəlki görüşlərində "Qarabağ" "Şamaxı"nı 3:2, "Zirə" isə "Araz-Naxçıvan"ı 1:0 hesabı ilə məğlub edib.

Həftənin ən çox oxunanları