Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Cənubi Koreya millisi Çexiyanı 2:1 hesabı ilə məğlub edib

2 dəq
Paylaş:
Cənubi Koreya millisi Çexiyanı 2:1 hesabı ilə məğlub edib

ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatının A qrupunda ilk tura yekun vurulub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, qrupun ikinci oyununda millisi Çexiya yığması ilə qarşılaşıb. Görüş Asiya təmsilçisinin 2:1 heablı qələbəsi ilə başa çatıb.

Matçda hər üç qol ikinci hissədə vurulub. 59-cu dəqiqədə Çexiya millisinin müdafiəçisi Ladislav Kreyçi komandasını önə keçirib. Cənubi koreyalılar bu qola 67-ci dəqiqədə cavab veriblər. Xvan İn-Bom tarazlığı bərpa edib - 1:1. Bundan 10 dəqiqə sonra çexlər ikinci dəfə fərqlənsələr də, ofsayd səbəbindən qol qeydə alınmayıb. Oyunda son nöqtəni isə O Hön Qü qoyub. ""ının hücumçusu 80-ci dəqiqədə fərqlənməklə, Cənubi Koreya yığmasına qələbə qazandırıb.

Qeyd edək ki, bu qrupun ilk oyununda dünya çempionatının ev sahiblərindən olan Meksika millisi Cənubi Afrika Respublikası (CAR) yığmasına 2:0 ilə qalib gəlib. Bu nəticələrdən sonra A qrupunda Meksika (3 xal) birinci, Cənubi Koreya (3 xal) ikinci, Çexiya (xalı yoxdur) üçüncü, CAR (xalı yoxdur) dördüncü pillədə qərarlaşıb.

ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi dünya çempionatına iyulun 19-da yekun vurulacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax