Şavkat Mirziyoyev: "Tarixi ədaləti bərpa edən mahir siyasi xadim İlham Əliyevi Özbəkistanın əsl dostu kimi tanıyırıq"

Şavkat Mirziyoyev: "Tarixi ədaləti bərpa edən mahir siyasi xadim İlham Əliyevi Özbəkistanın əsl dostu kimi tanıyırıq"
11.05.2023 16:52
Aa
dəq

"Biz Zati-alinizi - möhtərəm atanızın başladığı şərəfli yolun layiqli davamçısını, ölkəsinin nüfuzunu beynəlxalq aləmdə böyük dərəcədə artıran və tarixi ədaləti bərpa edən mahir siyasi xadimi Özbəkistanın əsl dostu kimi tanıyırıq, həmçinin strateji tərəfdaşlığımızın yeni səviyyəyə yüksəlməsi üçün Sizin fəal səylərinizi tam dəstəkləyirik".

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bu fikirlər Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubundə əksini tapıb.

"Eyni zamanda, Özbəkistan ilə Azərbaycan arasında çoxşaxəli və uzunmüddətli münasibətlərin hərtərəfli inkişafı, dost və qardaş ölkələrimizin əlaqələrinin möhkəmləndirilməsi istiqamətində bu dahi şəxsiyyətin misilsiz xidmətlərini hər zaman yüksək ehtiram duyğuları ilə xatırlayacağıq.

Mübaliğəsiz qeyd etmək olar ki, bu əlamətdar yubiley münasibətilə Özbəkistanda Heydər Əliyevin mənalı həyat yoluna və örnək fəaliyyətinə həsr olunmuş çoxsaylı dəyirmi masalar, müxtəlif mədəni-maarif tədbirləri, elmi-bədii ədəbiyyatların nəşri özbək xalqının bu dahi şəxsiyyətə hədsiz ehtiramının parlaq ifadəsidir", - məktubda qeyd edilib.

Həftənin ən çox oxunanları

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir
DAVAMIN OXU davamın oxu

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər
DAVAMIN OXU davamın oxu