Salyanda dələduzluğa görə axtarışda olan şəxs tutulub

Salyanda dələduzluğa görə axtarışda olan şəxs tutulub
05.05.2023 17:20
Aa
dəq

Salyanda dələduzluğa görə axtarışda olan şəxs tutulub.

Bu barədə"Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilib ki, Salyan Rayon Polis Şöbəsinin a görə, keçirilən əməliyyat tədbirləri nəticəsində rayon sakini olan bir vətəndaşı aldadaraq onun xeyli miqdarda pulunu dələduzluq yolu ilə mənimsəyən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Faiq Abiyev saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, F.Abiyev zərərçəkənin etibarından istifadə edərək ondan bir yaxınının dayandırılan təqaüdün bərpa olunmasına görə 3700 manat, həbsdə olan bir qohumunun sərbəst buraxılmasına görə isə 6500 manat alaraq, ümumilikdə zərərçəkənin 10 200 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb, F.Abiyev barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

“Polis əməkdaşları həmin şəxsin digər analoji cinayətlərdə iştirakını da istisna etmir. Əgər Faiq Abiyevin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin Salyan RPŞ-nə məlumat vermələri xahiş olunur”, - məlumatda qeyd olunub.

Həftənin ən çox oxunanları

FHN: Nohur gölündə suyun səviyyəsinin endirilməsi istiqamətində tədbirlər davam edir

FHN: Nohur gölündə suyun səviyyəsinin endirilməsi istiqamətində tədbirlər davam edir
DAVAMIN OXU davamın oxu

Bakıda iki yol qəzası baş verib, sıxlıq yaranıb

Bakıda iki yol qəzası baş verib, sıxlıq yaranıb
DAVAMIN OXU davamın oxu

Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə məşqi keçirib

Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə məşqi keçirib
DAVAMIN OXU davamın oxu

Axtarışda olan şəxs hava limanında saxlanılıb

Axtarışda olan şəxs hava limanında saxlanılıb
DAVAMIN OXU davamın oxu

Bakıda qadın əri və oğlu tərəfindən döyülüb

Bakıda qadın əri və oğlu tərəfindən döyülüb
DAVAMIN OXU davamın oxu