Əsas məzmuna keç

Salda gölü haqqında sənədli film IAC 2026-da nümayiş etdiriləcək

Salda gölü haqqında sənədli film IAC 2026-da nümayiş etdiriləcək

Anadolu-nun istehsalı olan “Salda: Qırmızı planetə körpü” filmi oktyabrın 9-da Beynəlxalq Astronavtika Konqresinin İctimai Günündə təqdim olunacaq. Sənədli ekran əsərində Türkiyədəki Salda gölünün Marsla geoloji oxşarlıqları araşdırılır.

en ru

Türkiyənin Salda gölü və onun Mars planetilə geoloji oxşarlıqlarından bəhs edən “Salda: Qırmızı planetə körpü” sənədli filmi oktyabrın 9-da 77-ci Beynəlxalq Astronavtika Konqresinin (IAC) İctimai Günündə nümayiş olunacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, "Anadolu" agentliyinin istehsalı olan 72 dəqiqəlik sənədli film ölkənin cənub-qərbindəki Burdur vilayətində Salda gölünün geoloji, ekoloji və bioloji xüsusiyyətlərini, həmçinin Mars tədqiqatları baxımından strateji əhəmiyyətini araşdırır.

Atakan Kerküklünün rejissoru və prodüseri olduğu ekran əsərində və ABŞ-ın aparıcı alimlərinin, yer elmləri mütəxəssislərinin, bioloqların və Milli Aeronavtika və Kosmos İdarəsinin () ekspertlərinin elmi qənaətləri yer alır. Filmdə gölün nadir geoloji strukturu ilə yanaşı, onun həssas təbii ekosisteminin qorunmasının vacibliyi vurğulanır.

Qeyd edək ki, Beynəlxalq Astronavtika Federasiyasının (IAF) təşkilatçılığı ilə keçirilən dünyanın ən böyük kosmik tədbiri oktyabrın 5-dən 9-dək Antalyadakı “NEST” Konqres və Sərgi Mərkəzində baş tutur. Konqres Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyinin koordinasiyası, Türkiyə Kosmik Agentliyi (TUA) və “SAHA İstanbul”un həmev sahibliyi ilə təşkil olunub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…