Əsas məzmuna keç

Sahibə Qafarova Türkiyəyə səfər etdi

Sahibə Qafarova Türkiyəyə səfər etdi

Milli Məclis spikeri İstanbulda PAİ və Qoşulmama Hərəkatının mühüm tədbirlərinə qatılıb. Sahibə Qafarovanın beynəlxalq görüşlərinin detalları və səfər proqramı:

en ru

Milli Məclisin sədri mühüm beynəlxalq tədbirlərdə – Parlamentlərarası İttifaqın (PAİ) 152-ci Assambleyasında və Qoşulmama Hərəkatı Şəbəkəsinin 5-ci Konfransında iştirak etmək üçün Türkiyənin İstanbul şəhərində işgüzar səfərdədir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

İstanbul Atatürk Beynəlxalq hava limanında spiker Sahibə Qafarovanı Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Azərbaycanın İstanbul şəhərindəki baş konsulu Nərminə Mustafayeva və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarovanın tədbirdə iştirak edən parlament nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra rəsmi görüşləri nəzərdə tutulub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…