Əsas məzmuna keç

Sahibə Qafarova İsrail-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun üzvlərini qəbul edib

Sahibə Qafarova İsrail-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun üzvlərini qəbul edib

Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 4-də İsrail-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun üzvləri - Evgeni Sova, Osher...

Milli Məclisin sədri sentyabrın 4-də İsrail-Azərbaycan parlamentlərarası əlaqələr üzrə qrupunun üzvləri - Evgeni Sova, Osher Şkalim, Tatiana Mazarski və Almoq Koheni qəbul edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Operativ Məlumat Mərkəzi-OMM"ə verilən xəbərə görə, görüşdə və İsrailin dost və tərəfdaş ölkələr olduğu diqqətə çatdırılıb, ölkələrimiz arasındakı fəal siyasi dialoq, yüksək səviyyəli səfərlər və görüşlərin münasibətlərin inkişafında müstəsna rolu vurğulanıb. Eyni zamanda, azərbaycanlılar və yəhudilərin əsrlər boyu , dostluq və qarşılıqlı anlaşma şəraitində birgə yaşadığı qeyd edilib.

Görüşdə həmçinin Azərbaycan və İsrail parlamentləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Qanunverici orqanlarımız arasında münasibətlərin inkişafında dostluq qruplarının fəaliyyəti, parlament üzvlərinin qarşılıqlı səfərlərinin əhəmiyyəti diqqətə çatdırılıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…