Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA

Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
18.05.2024 15:24
Aa
dəq

Mayın 18-i saat 15:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti davam edir.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında, Balakən, Oğuz, Zaqatala, Şəki, Qax, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Quba, Xaltan, Göyçay, Sabirabad, Xaçmaz, Salyan, Neftçalada arabir yağış, Şahdağda isə qar yağıb. Ayrı-ayrı yerlərdə şimşək çaxıb, yağıntılar leysan xarakterli intensiv olub.

Mayın 18-i gecə saatlarında Qax rayonunun Əlibəyli və Ləkit kəndlərinə, saat 11:10-11:17 radələrində Sabirabad rayonu Kovlar və Ulacalı kəndlərinə diametri 8-10 mm olan dolu düşüb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 17, Naxçıvan MR-da və Aran rayonlarında 20 dərəcəyədək, dağlıq rayonlarda 8-12 dərəcə isti, yüksək dağlıq ərazilərdə isə 1 dərəcəyədək şaxta olub.

Həftənin ən çox oxunanları

Azərbaycanda bu qışın sərt keçəcəyi barədə yayılan məlumatlara aydınlıq gətirilib

Azərbaycanda bu qışın sərt keçəcəyi barədə yayılan məlumatlara aydınlıq gətirilib
DAVAMIN OXU davamın oxu

“Leysan, dolu, qar…” - Sabah ilə bağlı XƏBƏRDARLIQ

“Leysan, dolu, qar…” - Sabah ilə bağlı XƏBƏRDARLIQ
DAVAMIN OXU davamın oxu

Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
DAVAMIN OXU davamın oxu

Sabah leysan YAĞACAQ - XƏBƏRDARLIQ

Sabah leysan YAĞACAQ - XƏBƏRDARLIQ
DAVAMIN OXU davamın oxu

Şənbə günü yağış yağacaq - PROQNOZ

Şənbə günü yağış yağacaq - PROQNOZ
DAVAMIN OXU davamın oxu