Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Şahbaz Şərif Azərbaycan Prezidentinə zəng edib, İranın hərbi hücumunu qınayıb

2 dəq
Paylaş:
Şahbaz Şərif Azərbaycan Prezidentinə zəng edib, İranın hərbi hücumunu qınayıb

Pakistanın Şahbaz Şərif İlham Əliyevə zəng edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Pakistanın Baş naziri İranın Azərbaycana qarşı hərbi hücumunu və terror aktlarını qınadığını bildirib, bu çətin gündə Pakistan dövləti və ordusunun Azərbaycan dövləti və ordusunun yanında olduğunu qeyd edib, Azərbaycanın Pakistana hər zaman güvənə biləcəyini deyib.

Şahbaz Şərif Azərbaycan-Pakistan dostluğu və qardaşlığının davam edəcəyini vurğulayıb.

göstərilən dəstəyə və həmrəyliyə görə minnətdarlığını bildirib. Prezident İlham Əliyev Azərbaycanın qardaş Pakistanın haqq işini hər zaman müdafiə edəcəyini deyib.

İlham Əliyev qeyd edib ki, İran tərəfindən Azərbaycana qarşı törədilmiş bu terrorun Pakistan tərəfindən şiddətlə qınanılması Azərbaycan-Pakistan dostluğunu bir daha əks etdirir.

və Pakistanın Baş naziri yaxşı və çətin günlərdə ölkələrimizin daim bir-birinin yanında olduqlarını və istənilən qarşılıqlı dəstəyi verməyə hazır olduqlarını vurğulayıblar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax