Əsas məzmuna keç

Sabunçuda kişi qətlə yetirilib, hadisədə şübhəli bilinən qadın saxlanılıb

Sabunçuda kişi qətlə yetirilib, hadisədə şübhəli bilinən qadın saxlanılıb

Paytaxtın Sabunçu rayonunun Sabunçu qəsəbəsində kişi qətlə yetirilib, hadisədə şübhəli bilinən qadın saxlanılıb. Bu barədə "Operativ Məlumat...

Paytaxtın Sabunçu rayonunun Sabunçu qəsəbəsində kişi qətlə yetirilib, hadisədə şübhəli bilinən qadın saxlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Mayın 30-da 09 radələrində 1986-cı il təvəllüdlü İsrafilov Samir Yanvar oğlunun kəsilmiş-deşillmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Cinayət əməlini törətməkdə şübhəli bilinən 1976-cı il təvəllüdlü Tahirova Ruhiyyə Mürvət qızı əməkdaşları tərəfindən saxlanılıb.

İlkin məlumata görə, cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…