Operativ Məlumat Mərkəzi

Şabranda meşəlikdə itkin düşən şəxs tapılıb

1 dəq
Paylaş:
Şabranda meşəlikdə itkin düşən şəxs tapılıb
məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Şimal Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub. Xilasedicilər...

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şabran rayonu, Zeyvə kəndində meşəlik ərazidə 1 nəfərin itkin düşməsi barədə məlumat daxil olub.

"Operativ Məlumat Mərkəzi-OMM" nazirliyin saytına istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Şimal Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub.

Xilasedicilər tərəfindən aparılan axtarış-xilasetmə işləri nəticəsində vətəndaş, 1987-ci il təvəllüdlü Atakişiyev Zamin Səxavət oğlu sağ vəziyyətdə tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər