Operativ Məlumat Mərkəzi

Şabranda dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB

1 dəq
Paylaş:
Şabranda dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
Şabranda dənizdə batan şəxsin meyiti tapılıb. "Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, rayonun Çayqaraqaşlı kəndi yaxınlığında dənizdə, ən...

Şabranda dənizdə batan şəxsin meyiti tapılıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, rayonun Çayqaraqaşlı kəndi yaxınlığında dənizdə, ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 30 km aralı, nəzarətsiz ərazidə batan rayonun Qorgan kənd sakini, 2010-cu il təvəllüdlü Hidayətov Elmir Əlizaman oğlunun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Araşdırma aparılır.

09.05***

Şabranda bir nəfər dənizdə batıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Şabran rayonu, Çayqaraqaşlı kəndi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 30 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər