Əsas məzmuna keç

Şabranda açıq ərazidə baş verən yanğın söndürülüb

Şabranda açıq ərazidə baş verən yanğın söndürülüb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şabran rayonunun Dəvəçi kəndində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Bu...

Fövqəladə Hallar Nazirliyinin “112” xəttinə rayonunun Dəvəçi kəndində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə FHN-dən məlumat verilib.

Qeyd olunub ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin müdaxiləsi sayəsində açıq ərazidə baş vermiş yanğın genişlənməsinə, o cümlədən daha böyük əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində yol kənarında 2 ha sahədə kol-kos və biçilmiş taxıl sahəsi yanıb. Ətraf yanğından mühafizə olunub.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…