Sabirabad rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, hadisə Saatlı - Sabirabad magistralında qeydə alınıb.
Yük maşını ilə "Mercedes" markalı minik avtomobilinin toqquşması nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb. Faktla bağlı araşdırma aparılır.