"Sabah"ın yay hazırlıq planı bəlli olub

"Sabah"ın yay hazırlıq planı bəlli olub
16.06.2024 20:14
Aa
dəq

“Sabah” komandasının yay hazırlıq planı bəlli olub.

Klubdan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, "tələbələr" növbəti mövsümün hazırlıqlarına iyunun 20-də Masazırda yerləşən “Bank Respublika Arena”da başlayacaq. İyunun 24-dən 29-dək Qəbələdə hazırlıq keçəcək "bayquşlar" iyulun 1-də təlim-məşq toplanışın ikinci mərhələsi üçün Sloveniyaya yollanacaq. Çatej-ob-Savi qəsəbəsində məskunlaşacaq komanda burada 4 yoxlama oyunu keçirəcək. İyulun 6-da Sloveniyanın “Koper”, 10-da Serbiyanın “Çukariçki”, 13-də Ukraynanın “Krivbass”, 17-də isə eyni ölkənin “Rux” (Lvov) komandası ilə qarşılaşacaq.

Kollektiv iyulun 18-də Bakıya qayıdacaq.

Qeyd edək ki, ölkəmizi UEFA Konfrans Liqasında təmsil edəcək “Sabah” mübarizəyə 2-ci təsnifat mərhələsindən qoşulacaq. Oyunlar iyulun 25-də və avqustun 1-də baş tutacaq.

Həftənin ən çox oxunanları

Rəqib futbolçuya təpik atan Fernando Musleranın cəzası bəlli olub

Rəqib futbolçuya təpik atan Fernando Musleranın cəzası bəlli olub
DAVAMIN OXU davamın oxu

"Mançester Siti" klubu futbolçusuna yeni müqavilə təklif edib

DAVAMIN OXU davamın oxu

"Barselona" Yamal ilə müqaviləni uzadacaq

DAVAMIN OXU davamın oxu

"Napoli" Kvaratsxeliya ilə müqaviləni uzatmaq istəyir

DAVAMIN OXU davamın oxu

Mendi "Real"da qalacaq

Mendi
DAVAMIN OXU davamın oxu