Əsas məzmuna keç

Sabah hava əsasən yağmursuz olacaq - 24.09.2025

Sabah hava əsasən yağmursuz olacaq - 24.09.2025

Sentyabrın 25-nə gözlənilən açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, sabah Bakıda və yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.

Havanın temperaturu gecə 15-18, gündüz 22-26 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 millimetr civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 55-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-16, gündüz 23-28, dağlarda gecə 4-7, gündüz 11-16 dərəcə isti təşkil edəcək.

Hava proqnozu

23° Bakıda indiTutqun
  1. Bu gün Tutqun 25° 21°
  2. Sabah Tutqun 25° 21°
  3. Birigün Günəşli 25° 21°
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…