Sabahın havası açıqlanıb

Sabahın havası açıqlanıb
10.10.2023 12:08
Aa
dəq

Oktyabrın 11-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Gündüz yağışda fasilə olacaq. Şimal-şərq küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 12-15° isti, gündüz 16-20° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 10-15° isti, gündüz 18-23° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-10° isti olacaq.

Həftənin ən çox oxunanları

Şahdağın yüksək dağlıq ərazilərinə qar yağıb - FAKTİKİ HAVA

Şahdağın yüksək dağlıq ərazilərinə qar yağıb - FAKTİKİ HAVA
DAVAMIN OXU davamın oxu

Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA

Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA
DAVAMIN OXU davamın oxu

Sentyabrda temperatur normadan yüksək olub

Sentyabrda temperatur normadan yüksək olub
DAVAMIN OXU davamın oxu

Hava ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ

Hava ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
DAVAMIN OXU davamın oxu

Sentyabrın 24-ü gündüzdən 27-dək... - ƏHALİYƏ XƏBƏRDARLIQ!

Sentyabrın 24-ü gündüzdən 27-dək... - ƏHALİYƏ XƏBƏRDARLIQ!
DAVAMIN OXU davamın oxu