Əsas məzmuna keç

Sabahın havası açıqlandı - 06.04.2025

Sabahın havası açıqlandı - 06.04.2025

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz...

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, Bakıda və yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman. Mülayim cənub-şərq küləyi əsəcək.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Xidmətdən bildirilib.

Qeyd olunub ki, havanın temperaturu gecə 10-12° isti, gündüz 19-24° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 9-14° isti, gündüz 22-27° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacaq.

Hava proqnozu

18° Bakıda indiArabir yağış
  1. Bu gün Tutqun 22° 18°
  2. Sabah Yüngül leysan 19° 14° yağış 86%
  3. Birigün Yüngül leysan 16° 14° yağış 75%
Bütün rayonlar üzrə proqnoz ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…