Oktyabrın 21-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Bölgələrdə isə bəzi yerlərdə yağış, leysan, şimşək və dolu gözlənilir.
Bakıda və Abşeron yarımadasında hava necə olacaq?
Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Gün ərzində əsasən yağmursuz hava şəraiti müşahidə ediləcək.
Şimal-qərb küləyi səhər saatlarında şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 16–18, gündüz isə 22–26 dərəcə isti olacaq. Atmosfer təzyiqi 768 millimetr civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70–75, gündüz 60–65 faiz olacaq.
Rayonlarda hava necə olacaq?
Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın qısamüddətli leysan xarakterli və intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal edilir. Yüksək dağlıq ərazilərdə yağıntının qara keçməsi mümkündür.
Gecə və səhər saatlarında bəzi ərazilərdə duman müşahidə ediləcək. Rayonlarda mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 16–19, gündüz 25–28 dərəcə isti olacaq. Dağlıq ərazilərdə isə gecə 5–10, gündüz 12–16 dərəcə isti gözlənilir.