Əsas məzmuna keç

Sabahın hava proqnozu: Yağış yağacaq, temperatur enəcək

Sabahın hava proqnozu: Yağış yağacaq, temperatur enəcək

Aprelin 5-də Bakı və Abşeronda intensiv yağıntı, dağlarda qar, bəzi rayonlarda isə dolu və şimşək gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin xəbərdarlığı:

en ru

Azərbaycanda aprelin 5-də havanın əsasən yağıntılı keçəcəyi gözlənilir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə rəsmi məlumatı Milli Hidrometeorologiya Xidməti yayıb.

Bakıda və yarımadasında bəzi yerlərdə arabir yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində yağışın intensiv olacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq, mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 9-12° isti, gündüz 12-15° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv, şərq rayonlarında isə güclü olacağı, çaxacağı və dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 7-11° isti, gündüz 15-20° isti, dağlarda isə gecə 3-7° isti, gündüz 8-13° isti olacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…