Əsas məzmuna keç

“Sabah”ın baş məşqçisi: Oyunçularım əsl döyüşçü kimi mübarizə apardılar

“Sabah”ın baş məşqçisi: Oyunçularım əsl döyüşçü kimi mübarizə apardılar

bu sözləri “Sabah” basketbol komandasının baş məşqçisi Boban Mitev FIBA Avropa Kubokunda Rumıniyanın “Rapid” klubuna 90:71 hesabı ilə qalib gəldikləri...

Praktiki olaraq yaxşı çıxış etdik. Bilirdim ki, fərdi bacarıqları yüksək olan oyunçularım var. Mənim işim bu fərdi keyfiyyətləri sistemli komanda oyununa çevirmək idi.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri “Sabah” basketbol komandasının Boban Mitev FIBA Avropa Kubokunda Rumıniyanın “Rapid” klubuna 90:71 hesabı ilə qalib gəldikləri oyundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Ölkəsində keçirilən turnirə minimum bir oyunda qələbə qazanmaq üçün gəldiklərini söyləyən Şimali makedoniyalı mütəxəssis bildirib: “Bəzi epizodlarda ribaundda, bəzən müdafiədə və atışlarda uğursuz olsaq da, bu oyun qrupda keçirdiyimiz ən yaxşı qarşılaşma idi. Oyunçular əsl döyüşçü kimi mübarizə . Biz düzgün yoldayıq. Belə düşünməyə nikbin əsaslarım var. Bakıda keçirəcəyimiz avrokubok oyunlarında tribunaları dolu görmək istəyirəm”.

Qeyd edək ki, A qrupunu lider olaraq tamamlayan “Sabah” müntəzəm mövsümdə iştirak hüququna yiyələnib. çempionu Avropa Kubokunun bu mərhələsində D qrupunda mübarizə aparacaq. Komandanın rəqibləri “Mornar” (Monteneqro), “Baxçaşehir” () və “Nimbruk” (Çexiya) klubları olacaq.

“Sabah” qrupda ilk oyununu oktyabrın 18-də səfərdə "Mornar" klubuna qarşı olacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…