Sabahdan müəllimlərin sertifikatlaşdırılması imtahanı başlanır

Sabahdan müəllimlərin sertifikatlaşdırılması imtahanı başlanır
20.06.2024 08:30
Aa
dəq

İyunun 21, 22 və 24-də ilk dəfə cəlb olunacaq müəllimlər üçün sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi keçiriləcək.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bu il riyaziyyat, Azərbaycan dili, ingilis dili, rus dili (Azərbaycan bölməsi), rus dili və rus ədəbiyyatı (rus bölməsi), alman dili, fransız dili üzrə müəllimlərin sertifikatlaşdırmadan keçirilməsi nəzərdə tutulur.

Sertifikatlaşdırmadan keçən müəllimlər növbəti 5 il ərzində pedaqoji fəaliyyətini davam etdirmək üçün sertifikat əldə edir. Yaşı 60-dan yuxarı olan müəllimlərin imtahanda iştirakı könüllü formada təşkil edilir. Cari ildə isə 30 mindən çox təhsilverən sertifikatlaşdırma prosesinə cəlb ediləcək.

Ötənilki sertifikatlaşdırma prosesinə 29 min 951 müəllim cəlb olunub. Sertifikatlaşdırmadan keçmiş 5246 təhsilverənin vəzifə maaşına 35 faiz, 17 min 914 təhsilverənə isə 10 faiz artım tətbiq edilib.

Həftənin ən çox oxunanları

Xankəndi şəhəri 4 nömrəli tam orta məktəbin təmirdən sonra GÖRÜNTÜLƏRİ

Xankəndi şəhəri 4 nömrəli tam orta məktəbin təmirdən sonra GÖRÜNTÜLƏRİ
DAVAMIN OXU davamın oxu

Növbəti üç ildə Qarabağ Universitetinin yeni tədris korpusları inşa ediləcək

Növbəti üç ildə Qarabağ Universitetinin yeni tədris korpusları inşa ediləcək
DAVAMIN OXU davamın oxu

Üç kollecə direktor təyin olunub - SİYAHI

Üç kollecə direktor təyin olunub - SİYAHI
DAVAMIN OXU davamın oxu

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib
DAVAMIN OXU davamın oxu

Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib - YENİLƏNİB

Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu