Əsas məzmuna keç

Sabahdan magistraturaya qəbul olanların elektron sənəd qəbuluna başlanılır

Sabahdan magistraturaya qəbul olanların elektron sənəd qəbuluna başlanılır

Sabah saat 15:00-dan etibarən ali təhsil pilləsinin magistratura səviyyəsinə qəbul olunanların elektron sənəd qəbuluna sabahdan start verilir. Bu...

Sabah saat 15:00-dan etibarən pilləsinin magistratura səviyyəsinə qəbul olunanların elektron sənəd qəbuluna sabahdan start verilir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, https://portal.edu.az/ üzərindən qeydiyyatdan keçməklə “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçə bilərlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.

Qeyd edək ki, elektron sistem üzrə qeydiyyat 1 avqust saat 18:00-da yekunlaşacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…