Operativ Məlumat Mərkəzi

Sabah Xocalı soyqırımının 32-ci ildönümü Tallində anılacaq

1 dəq
Paylaş:
Sabah Xocalı soyqırımının 32-ci ildönümü Tallində anılacaq

Estoniyanın paytaxtı Tallin şəhərində fevralın 21-də Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı anım mərasimi keçiriləcək.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə "Aydan” Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Niyazi Hacıyev məlumat verib.

Onun sözlərinə görə, tədbir Azərbaycanın Estoniyadakı səfirliyini təşkilatçılığı ilə Vabamu/Azadlıq muzeyində baş tutacaq.

Anım günündə Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Jalə Əhmədova və işçi qrupunun üzvlərinin iştirakı gözlənilir. Həmçinin Estoniya parlamentinin üzvləri və yerli KİV-in iştirakı nəzərdə tutulub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər