“Sabah” turun son oyununda “Sumqayıt”a qalib gəlib

“Sabah” turun son oyununda “Sumqayıt”a qalib gəlib
17.03.2024 21:13
Aa
dəq

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII tura yekun vurulub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, son oyunda "Sumqayıt" "Sabah"ı qəbul edib. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 25-ci dəqiqədə Anatoli Nuriyev açıb. Meydan sahiblərinin heyətində 62-ci dəqiqədə Murad Xaçayev avtoqol müəllifi olub. "Sumqayıt"da isə 84-cü dəqiqədə Eriq Sorqa fərqlənib.

Bu nəticədən sonra xallarını 40-a çatdıran "Sabah" ikinci yerə yüksəlib. "Sumqayıt" 39 xalla beşinci pillədə qərarlaşıb. Turnir cədvəlinə isə 66 xalla "Qarabağ" başçılıq edir.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Neftçi” “Səbail”i 3:0, “Zirə” “Kəpəz”i 2:1, "Qarabağ" isə "Turan Tovuz"u 3:1 hesabı ilə məğlub edib. “Araz-Naxçıvan” – “Qəbələ” matçı isə heç-heçə başa çatıb - 1:1.

Həftənin ən çox oxunanları

UEFA Superkuboku matçını idarə edəcək hakim bəlli olub

UEFA Superkuboku matçını idarə edəcək hakim bəlli olub
DAVAMIN OXU davamın oxu

AFFA Hakimlər Komitəsinin yeni sədrinin adı açıqlanıb

AFFA Hakimlər Komitəsinin yeni sədrinin adı açıqlanıb
DAVAMIN OXU davamın oxu

Konfrans Liqası: “Sabah” səfərdə “Makkabi”ni məğlub edib

Konfrans Liqası: “Sabah” səfərdə “Makkabi”ni məğlub edib
DAVAMIN OXU davamın oxu

"Zirə" UEFA Konfrans Liqasına qələbə ilə başladı

DAVAMIN OXU davamın oxu

UEFA Konfrans Liqası: "Sumqayıt" Macarıstan klubuna məğlub olub

UEFA Konfrans Liqası:
DAVAMIN OXU davamın oxu