Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Sabah şagirdlərin yerdəyişməsi prosesi dayandırılacaq

1 dəq
Paylaş:
Sabah şagirdlərin yerdəyişməsi prosesi dayandırılacaq

Şagirdlərin yerdəyişməsində üçün sy.edu.az elektron vasitəsilə ümumi müəssisələrinə sorğu yerləşdirmə prosesi sabah - 30 avqust saat 18:00-da dayandırılacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

Bildirilib ki, həmin müddətə qədər sorğu yerləşdirən valideynlər 5 sentyabr saat 15:00-a qədər övladlarının sənədlərini yerdəyişmə etdikləri ümumi təhsil müəssisəsinə təqdim etməlidirlər.

Qeyd edək ki, yerdəyişmə prosesinə II – IX və XI sinif şagirdləri üçün 8 avqust 2024-cü il saat 15:00-dan, X siniflər üçün isə 15 avqust 2024-cü il saat 15:00-dan etibarən başlanılıb. Yerdəyişmə prosesi yekunlaşdıqdan sonra tamamlanmayan sorğular və növbələr avtomatik olaraq sistem tərəfindən silinəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax