"Sabah" qələbə qazanaraq növbəti mərhələyə vəsiqə qazanıb

"Sabah" qələbə qazanaraq növbəti mərhələyə vəsiqə qazanıb
03.08.2023 21:59
Aa
dəq

"Sabah" UEFA Konfrans Liqasında III təsnifat mərhələsinə yüksəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Bakı klubu buna II raundun cavab oyununda Bakıda Latviyanın RFŞ komandasını 2:1 hesabı ilə məğlub etməklə nail olub. İlk qarşılaşmada rəqibinə 2 cavabsız qolla qalib gələn Murad Musayevin baş məşqçi olduğu kollektiv iki görüşün nəticəsinə əsasən adını növbəti mərhələyə yazdırıb.

Cavab oyununun ilk hissəsində qapılara top vurulmayıb. Əvəzində 34-cü dəqiqədə qonaqların hücumçusu Andrey İliç ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

Hesab isə 67-ci dəqiqədə açılıb. Yanus İkauniyeks qonaqları önə çıxarıb. Buna baxmayaraq, "Sabah" məğlubiyyətdən xilas ola bilib. Cəmi 10 dəqiqə sonra fərqlənən Coy Lens Mikels tarazlığı bərpa edib. 90+4-cü dəqiqədə isə Emanuel Apeh yekun hesabı müəyyənləşdirib.

Qeyd edək ki, "Sabah" III təsnifat mərhələsində Serbiya "Partizan"ı ilə qarşılaşacaq. Bu raundun oyunları 10-17 avqustda keçiriləcək.

Həftənin ən çox oxunanları

UEFA Millətlər Liqasında 9 oyuna 5 darmadağın

UEFA Millətlər Liqasında 9 oyuna 5 darmadağın
DAVAMIN OXU davamın oxu

Şahruddin bu futbolçunu “Qarabağ”a gətirdi

Şahruddin bu futbolçunu “Qarabağ”a gətirdi
DAVAMIN OXU davamın oxu

Kovaçiç Səudiyyə Ərəbistanı klubuna keçməyəcək

Kovaçiç Səudiyyə Ərəbistanı klubuna keçməyəcək
DAVAMIN OXU davamın oxu

Simeone Amrabatı "Atletiko"da görmək istəyib

Simeone Amrabatı
DAVAMIN OXU davamın oxu

"Mançester Siti" və "Liverpul" bu futbolçu üçün mübarizə aparacaqlar

DAVAMIN OXU davamın oxu