Operativ Məlumat Mərkəzi

"Sabah" "Partizan"ı 2 cavabsız qolla məğlub edib

1 dəq
Paylaş:
"Sabah" "Partizan"ı 2 cavabsız qolla məğlub edib
Sabah UEFA Konfrans Liqasında Partizanı 2:0 hesabı ilə məğlub etdi. Boyan Jorgaçeviçdən iki qol.

"Sabah" UEFA Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyununu keçirib.

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, Murad Musayevin baş məşqçi olduğu komanda Bakıda Serbiya "Partizan"ı ilə qarşılaşıb.

"Bank Respublika Arena"dakı görüş Azərbaycan təmsilçisinin inamlı qələbəsi ilə başa çatıb - 2:0. Meydan sahiblərindən hər iki qolu Boyan Letiç vurub. Sol cinah müdafiəçisi 70 və 74-cü dəqiqələrdə fərqlənib. 69-cu dəqiqədə Aleksey İsayev penalti zərbəsindən yararlana bilməyib.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu avqustun 17-də Belqradda baş tutacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər