Operativ Məlumat Mərkəzi

Sabah intensiv yağış yağacaq

1 dəq
Paylaş:
Sabah intensiv yağış yağacaq
Bakıda və Abşeron yarımadasında dekabrın 7-də arabir yağış yağacağı gözlənilir, yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Milli...

Bakıda və Abşeron yarımadasında dekabrın 7-də arabir yağış yağacağı gözlənilir, yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, Azərbaycanın rayonlarında dekabrın 7-si axşamadək qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var.

Qərb küləyi bəzi yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər