Sabah havanın temperaturu 27 dərəcəyədək artacaq

Sabah havanın temperaturu 27 dərəcəyədək artacaq
15.04.2024 12:32
Aa
dəq

Bakıda və Abşeron yarımadasında aprelin 16-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 8-13° isti, gündüz 18-23° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 8-13° isti, gündüz 22-27° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti olacaq.

Həftənin ən çox oxunanları

Dənizdə dalğanın hündürlüyü 4.4 metrə çatıb - FAKTİKİ HAVA

Dənizdə dalğanın hündürlüyü 4.4 metrə çatıb - FAKTİKİ HAVA
DAVAMIN OXU davamın oxu

Sabah leysan yağacaq, külək əsəcək - PROQNOZ

Sabah leysan yağacaq, külək əsəcək - PROQNOZ
DAVAMIN OXU davamın oxu

Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb
DAVAMIN OXU davamın oxu

Sabah yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ

Sabah yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ
DAVAMIN OXU davamın oxu

Faktiki hava açıqlanıb

Faktiki hava açıqlanıb
DAVAMIN OXU davamın oxu