Əsas məzmuna keç

Sabah hava yağmursuz olacaq - 29.03.2023

Sabah hava yağmursuz olacaq - 29.03.2023

  Martın 30-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli...

Martın 30-da Bakıda və yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM" -ə verilən məlumata görə, gecəyə doğru bəzi yerlərdə yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 8-12° isti, gündüz 15-18° isti olacaq. Atmosfer təzyiqi 753 mm sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 7-11° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-4° isti, gündüz 4-8° isti olacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…