Əsas məzmuna keç

Sabah hava isinir: 24 dərəcə isti gözlənilir

Sabah hava isinir: 24 dərəcə isti gözlənilir

Milli Hidrometeorologiya Xidmətindən Bakı və rayonlar üçün yeni hava proqnozu! Paytaxtda mülayim cənub küləyi əsəcək, hərarət yüksələcək. Ətraflı məlumat burada:

en ru

Bakıda və yarımadasında sabah bəzi yerlərdə arabir yağacağı, 21-dən 22-nə keçən gecə saatlarında intensivləşəcəyi, axşama doğru dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən “Operativ Məlumat Mərkəzi-OMM”-ə verilən məlumata görə, şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-17° isti, gündüz 20-24° isti olacaq. Atmosfer təzyiqi 757 mm sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75%, gündüz 60-65% təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, qısamüddətə güclənəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 14-17° isti, gündüz 19-24° isti, dağlarda gecə 3-8° isti, gündüz 12-17°, bəzi yerlərdə 20-22° isti olacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…