Sabah güclü külək əsəcək

Sabah güclü külək əsəcək
Hava
10.07.2023 17:35
Aa
dəq

Bakıda və Abşeron yarımadasında iyulun 11-də şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, Azərbaycanın rayonlarında sabah əsasən dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı , şimşək çaxacağı gözlənilir.

Bəzi yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyinin arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Həftənin ən çox oxunanları