Operativ Məlumat Mərkəzi

Sabah gecə Bakıda 4 dərəcə şaxta olacaq

1 dəq
Paylaş:
Sabah gecə Bakıda 4 dərəcə şaxta olacaq
Yanvarın 15-i Bakıda əsasən yağmursuz, gecə qısamüddətli yağıntılı hava gözlənilir. Hava proqnozu.

Yanvarın 15-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 0-4° şaxta, gündüz 2-5° isti olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Arabir duman. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 1-6° isti olacaq, dağlarda gecə 13-18° şaxta, gündüz 3-8° şaxta olacaq.

Gecə və səhər yolların buz bağlayacağı ehtimalı var.

Bu xəbəri paylaş

Oxşar xəbərlər